Soyğunçuluq etməkdə şübhəli bilinən Fərhad Əliyev saxlanılmışdır
22.12.2018Dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın “28 Mall” ticarət mərkəzinin qarşısında “Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirmişdir. Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını almışdır.
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılmışdır.