Cəlilabad rayonu ərazisindəki evlərin birindən televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən V.Musayev saxlanılmışdır
21.12.2018Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 19-da rayon ərazisindəki evlərin birindən televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər CM-nin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Vasif Musayev saxlanılmışdır.