Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2018Dekabrın 18-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Maarif Lətifi idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Samux rayon sakini Nüvər Məmmədovanı vurmuşdur. Nəticədə qadın hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.