Paytaxtın Nizami rayonu ərazisindəki evlərin birindən 10.500 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
13.12.2018Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də rayon ərazisindəki evlərin birindən 10.500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuşlar - Emil Məlikov və qardaşı Elnur saxlanılmışlar.