Sumqayıt şəhəri ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini M.Yusifov saxlanılmışdır
13.12.2018Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən cari il sentyabrın 12-dən noyabrın 24-dək olan müddətdə şəhər ərazisindəki xətt avtobusunda 1 nəfərin mobil telefonunu, habelə 5 evdən kombi, su mühərriki, qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Mahir Yusifov saxlanılmışdır.