Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2018Dekabrın 8-də saat 15 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.