Arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirmiş Beyləqan rayon sakini Yaqub Ağayev könüllü olaraq istintaqa təslim olmuşdur
05.12.2018Dekabrın 5-də Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində kirayədə yaşayan Beyləqan rayon sakini Yaqub Ağayev ailə münaqişəsi zəminində arvadı Aynurə Ağayevanı bıçaqla qətlə yetirmişdir. Y.Ağayev könüllü olaraq 1-ci Polis Bölməsinə gələrək istintaqa təslim olmuşdur.