Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mülki mühafizəçini döyərək 1000 manat dəyərində mərmər daşını aparmaqda şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılmış, digərlərinin isə şəxsiyyətləri müəyyən edilmişdir

05.12.2018

Dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən mərmər sexinə gəlmiş 4 nəfər naməlum şəxs orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanmışdır. 

Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılmış, digərlərinin isə şəxsiyyətləri müəyyən edilmişdir.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

05.12.2018 tarixinə olan kriminal məlumatlar