Mülki mühafizəçini döyərək 1000 manat dəyərində mərmər daşını aparmaqda şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılmış, digərlərinin isə şəxsiyyətləri müəyyən edilmişdir
05.12.2018Dekabrın 5-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən mərmər sexinə gəlmiş 4 nəfər naməlum şəxs orada mülki mühafizəçi işləyən Göygöl rayon sakini Kamal Kazımovu döyərək oradan 1000 manat dəyərində mərmər daşını “QAZel” markalı avtomobildə aparmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Feyruz Məmmədov saxlanılmış, digərlərinin isə şəxsiyyətləri müəyyən edilmişdir.Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.