DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.12.2018

Dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

05.12.2018 tarixinə olan kriminal məlumatlar