DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinərək saxlanılmış Bakı şəhər sakini Elşad Abdullayevun daha 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir

04.12.2018

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Elşad Abdullayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun cari il avqustun 19-dan noyabrın 9-dək olan müddətdə daha 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.