DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi

04.12.2018

Dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.