Bərdə rayon sakini Əhəd Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılmışdır
21.11.2018Noyabrın 21-də paytaxtın Nizami rayonu Keşlə qəsəbəsindəki evlərin birində kirayədə yaşayanlar - Biləsuvar rayon sakini olan bir yeniyetmə münaqişə zəminində Bərdə rayon sakini Əhəd Əhmədova bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş Ə.Əhmədov orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində həmin yeniyetmə saxlanılmışdır.