Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ərşad Bayramov saxlanılmışdır
21.11.2018Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri B.Nağıyevin 40 manatını dələduzluq yolu ilə almaqda, A.Əliyevanın içərisində 130 manatı olan pulqabısını və inzibati binaların birindən kompyuter dəsti oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ərşad Bayramov saxlanılmışdır.