Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

16.11.2018

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.