Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.11.2018Noyabrın 13-də saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş N.Əzizov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.