Xətai rayonu ərazisində yolun hərəkət hissəsinin təmiri zamanı “KamAZ” markalı avtomobillə orada fəhlə işləyən A.Hüseynov vurulmuşdur
07.11.2018Noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurmuş və nəticədə o, hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.