Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.11.2018Noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Baxdiyar Ağayev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi “Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurmuşdur. Nəticədə qadın hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.