Oğurluq etmiş N.Süleymanovun Masallı rayon sakini B.Ələsgərovla birgə daha 2 mağazadan oğurluq törətməsi müəyyən edilmişdir
30.10.2018Oğurluq etmiş Nahid Süleymanovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İmişli və Masallı RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Ələsgərovla birgə daha 2 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlaması müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə B.Ələsgərov saxlanılmışdır.
N.Süleymanovun Masallı rayonu ərazisində 1 mağazadan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyaları, habelə cari ilin iyul-sentyabr aylarında Bərdə rayonu ərazisində daha 3 mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.