Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Qalib Dəmirov və Salyan rayon sakini Ramin Məmmədov saxlanılmışlar
23.10.2018Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Dəmirov və Salyan rayon sakini Ramin Məmmədov saxlanılmışlar.