Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini S.Qarbaşova baş nahiyəsindən ağır xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Əliyev saxlanılıb

18.10.2018

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu  məlum olub.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.