Nizami (Gəncə) rayonu ərazisində bir neçə oğurluq və dələduzluq hadisəsini törətməkdə şübhəli bilinən E.Əliyev saxlanılmışdır
18.10.2018Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 19-dan cari il oktyabrın 8-dək olan müddətdə rayon ərazisindəki 1 evdən və 1 avtomobildən məişət əşyaları, 3 nəfərə məxsus mobil telefonları oğurlamaqda, eləcə də 1 nəfərin mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əliyev saxlanılmışdır.