Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

14.10.2018

Oktyabrın 10-dan 13-dək olan müddətdə Maştağa qəsəbəsindəki fermaların birindən 7 baş inəyin  oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Adəm Ağayev saxlanılıb.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədşbirləri nəticəsində rayon ərazisində 2 həyətyanı sahədən ümumilikdə 6 baş qoyun, həmçinin evlərin birindən su mühhəriki və  su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Qulamov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.