Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
07.10.2018Oktyabrın 7-də saat 19 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Hüseyn Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Şahin Piriyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.