Göygöl şəhərinin M.Ə.Sabir küçəsində yol-nəqliyyat hadisəsi
06.10.2018Oktyabrın 6-da saat 9 radələrində Göygöl şəhərinin M.Ə.Sabir küçəsində Zurnabad kənd sakini Müşfiq Mirzəyev idarə etdiyi “JAC” markalı yük avtomobilini (mənzil kommunal təsərrüfatı birliyinə məxsus məişət tullantıları daşıyan) aşırmışdır. Nəticədə M.Mirzəyevin sərnişinlərindən (avtomobilin yük yerində olan) orada fəhlə işləyənlər Elman İmanov və Toğana kənd sakini Niyazi Verdiyev hadisə yerində ölmüş, avtomobilin kabinəsində olan 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.