Yasamal rayonu ərazisindəki tikintisi başa çatmamış binaların birindən lift zəncirini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
03.10.2018Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zəncirini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Bəhruz Cəfərov və Rövşən Dadaşov saxlanılmışlar.