Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobillə piyada vurulmuşdur
20.09.2018Sentyabrın 20-də saat 20 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Cavid Baxışov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əliqulu Cabbarovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.