DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı H.Seyidzadə küçəsində Şahsuvar adlı şəxs Cavid Əliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır

24.11.2007

Noyabrın 8-də Nəsimi rayonundakı H.Seyidzadə küçəsində Şahsuvar adlı şəxs Bakı şəhər sakini Cavid Əliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almışdır. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Şahsuvar Şahsuvarov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 19-da H.Seyidzadə küçəsində Saray qəsəbə sakini Kənan Xanlarovu bıçaqla həldələyərək mobil telefonunu ondan alması müəyyən edilmişdir.