Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb

14.09.2018

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılmışlar.

R.Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilmişdir. 

Görülmüş tədbirlərlə F.Qafarov saxlanılmışdır. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən  27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilmişdir.
Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq RPŞ-yə gətirilmişdir. Müəyyən edilmişdir ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlamışdır.