Oğurluqda şübhəli bilinən Zaur Süleymanov yaşadığı Şəmkir rayonu ərazisində saxlanılmışdır
12.09.2018Qazax və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Qazax rayonunun Qarapapaq kəndindəki evlərin birindən 63 manat və 50 ABŞ dolları, habelə 6700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Süleymanov yaşadığı Şəmkir rayonu ərazisində saxlanılmışdır.