Nəsimi rayonu ərazisindəki evlərdən birinə girərək ev sahibəsinə zor tətbiq edərək mobil telefonunu aparmaqda şübhəli bilinən İ.Ələkbərov saxlanılmışdır
10.09.2018Sentyabrın 10-da Nəsimi rayonu ərazisindəki evlərdən birinə girmiş naməlum şəxs ev sahibəsinə zor tətbiq edərək mobil telefonunu aparmışdır.
22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş İvər Ələkbərov saxlanılmışdır.