Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.09.2018Sentyabrın 5-də saat 23 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində Orta-Salahlı kənd sakini Turxan Nəzərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlövsət Nəsibovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.