Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
02.09.2018Sentyabrın 3-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.