Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.08.2018Avqustun 26-da saat 20 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində rayon sakini sakini Samir Abdullayev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə S.Abdullayev və sərnişini, Zəhmət kənd sakini Təbriz Əliyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşlər.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.