Binəqədi rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən M.Qurbanov saxlanılmışdır
25.08.2018Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 23-də rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məzahir Qurbanov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 3 evdən pul və qızıl zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.