Gəncə şəhəri ərazisində üç nəfərə tüfəngdən açdığı atəşlə xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılmışdır
18.08.2018Avqustun 18-də Daşkəsən rayon sakini Məsim Məmmədov Gəncə şəhər sakini Namiq Əkbərovun evinə gələrək tüfəngdən açdığı atəşlə ona, keçmiş arvadı İlahəyə və keçmiş qayınanası Arzuya xəsarət yetirib hadisə yerini tərk etmişdir.
İlahə və Namiq hadisə yerində ölmüşlər.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılmış, ondan cinayəti törədərkən istifadə etdiyi “Winchester” markalı tüfəng və 2 ədəd patron götürülmüşdür.