Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı Metropolitenində sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılmışlar

16.08.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Avqustun 15-də  Beyləqan rayon sakini olan bir nəfərin “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar - Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, zərərçəkmiş şəxs qatar hərəkətdə olarkən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pulqabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

16.08.2018 tarixinə olan kriminal məlumatlar