Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
08.08.2018Avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.