İsmayıllı rayonunun İvanovka kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.08.2018Avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırmışdır. Nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.