Xaçmaz rayonunun Yalama kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.07.2018İyulun 28-də saat 2 radələrində Xaçmaz rayonunun Yalama kəndi ərazisində Sumqayıt şəhər sakini Müşfiq Əlirzayevin idarə etdiyi “BMW” və Qusar rayon sakini Vadim Balayevin idarə etdiyi “VAZ-21193” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Balayev hadisə yerində ölmüş, üç sərnişini – Simran Sərkərov, Qorxmaz Musayev və Nəcəf Babayev, habelə M.Əlirzayev xəstəxanaya yerləşdirilmişlər. S.Sərkərov və N.Babayev orada ölmüşlər.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.