Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini Abil Əliyevdən tapança və içərisində 3 ədəd patron olan patron darağı götürülmüşdür

27.07.2018

İyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələmiş və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılmış, xəsarət alan olmamışdır.

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılmış, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülmüşdür. 

Onun sərxoş halda olması müəyyən edilmişdir. 

27.07.2018 tarixinə olan kriminal məlumatlar