Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
10.07.2018Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Qusar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiləgir kənd sakini Ağazaman Zamanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.