Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Fərzəliyev saxlanılmışdır
10.07.2018Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da Akif Vəliyevin həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Fərzəliyev saxlanılmışdır.
Onun iyunun 27-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Asif Ağayev və Nizami Abbasovla birgə Əlmurad Vəlizadənin həyətindən 2 baş inək oğurlaması da müəyyən edilmişdir. Görülmüş tədbirlərlə A.Ağayev və N.Abbasov saxlanılmışlar.