Qusar şəhər sakini İlham Qədirovu qətlə yetirməkdə şübhəli bilinən Səlim Mirzəbəyov saxlanılıb
09.07.2018İyulun 8-də Qusar rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə İ.Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə S.Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.