Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Şəmkir rayonunun Morul kənd sakini olan yeniyetmə avtomobillə birgə saxlanılmışdır
05.07.2018İyulun 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən Əliyaqublu kənd sakini Saleh Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Morul kənd sakini olan bir yeniyetmə qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.