Soyğunçuluqda şübhəli bilinən Bilgəh qəsəbə sakini Nizami Vəzirov saxlanılmışdır
01.07.2018İyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu almışdır.
42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılmışdır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.