Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakinləri Raqif İbrahimovu, Əmir Əmirov və Orxan Cahangirlini vurduğu maşını yandırmağa cəhd edərkən İntiqam Qasımov tutulmuşdur

15.11.2007

Saat 18.30 radələrində Astara rayonunda müəyyən edilməmiş avtomaşınla rayon sakinləri Raqif İbrahimov, Əmir Əmirov və Orxan Cahangirli vurulmuşdur. Nəticədə R.İbrahimov və Ə.Əmirov hadisə yerində ölmüş, xəsarət almış O.Cahangirliyə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "M-412 "markalı avtomaşının sürücüsü, Astara rayon sakini İntiqam Qasımov tərəfindən törədilməsi müəyyən edilmişdir. İ.Qasımov dəniz kənarında avtomaşını yandırmış və bu zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Astara RPŞ tərəfindən araşdırmalar aparılır.