DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.11.2007

Nizami RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Səbinə Ramazanova 4,7 qram heroin götürülmüşdür. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Pərviz Məmmədovdan 0,105 qram heroin götürülmüşdür. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Orucovdan 0,223 qram heroin götürülmüşdür.