İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.06.2018İyunun 14-də saat 22 radələrində İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurmuş və yolun kənarındakı maneəyə dəyərək aşmışdır. Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölmüş, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.