Kəpəz rayonu ərazisindəki 3 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini C.Mərdanov saxlanılmışdır
09.06.2018Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayı ərzində rayon ərazisindəki 3 həyətyanı sahədən təmir-tikinti alətləri, su qızdırıcısı, su mühərriki və 14 ev quşu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mərdanov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin müddətdə daha 1 həyətyanı sahədən 3 ev quşu oğurlaması da müəyyən edilmişdir.